|
|
|
|

Uqandada Ebola virusuna 6 yeni yoluxma faktı aşkarlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.
Bununla da ölümcül virusa yoluxanların sayı 15-ə yüksəlib. Onların hamısının əvvəlki xəstələrlə əlaqədə olduğu bildirilir.
Nazirliyin məlumatında o da bildirilir ki, indiyə kimi Ebola virusu aşkarlanan xəstələrdən cəmi ikisi sağalıb. 12 nəfər hazırda müalicəsini davam etdirir. 1 nəfər isə dünyasını dəyişib.
Qeyd edək ki, Uqanda höküməti virusun yayılmasının qarşısını almaq məqsədilə hələ ötən ay ölkə ərazisində bütün kütləvi tədbirləri qeyri-müəyyən müddətə ləğv etmiş, əllə görüşmək və digər fiziki yaxınlıqları yasaqlamış, bir sıra təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə başlamışdı.
L.Tağıyeva



