|
|
|
|

Futbol üzrə dünya çempionatında iştirak edəcək Türkiyə milli komandası ABŞ-a çatıb.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbuldan yola düşən milli komandanı daşıyan şəxsi təyyarə ABŞ-nin Florida ştatındakı Fort Lauderdale Beynəlxalq Hava Limanına eniş edib.
Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu və idarə heyətinin üzvlərinin də daxil olduğu milli komanda heyətini Türkiyənin Vaşinqtondakı səfiri Sedat Önal və Mayamidəki baş konsul Resul Şahinol qarşılayıblar.
Daha sonra milli komanda avtobusla otelə üz tutub. Türkiyəli azarkeşlər komandanı otelin girişində bayraqlar və şüarlarla dəstəkləyiblər.
Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-da ABŞ, Avstraliya və Paraqvayla birlikdə D qrupunda yer alıb.
İbrahim Cəfərov



