|
|
|
|

Flores adasındakı Levotobi vulkanı dünən gün ərzində 9 dəfə kül püskürüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, külün hündürlüyü vulkanın kraterindən 2,2 km yüksəkliyə qalxıb.
Bu, dəniz səviyyəsindən 3,8 km hündürlük deməkdir. Kül buludu küləyin təsiri ilə qısa zamanda qərb və şimal-qərb istiqamətində yayılıb.
Yerli hakimiyyət orqanları ada sakinlərinə və turistlərə kraterdən minimum 5 km məsafədə qalmağı və maskadan istifadəni tövsiyə edib.
L.Tağıyeva



