Belarus prezidenti Aleksandr Lukaşenkonun korteji Orşa – Moqilyov yolunda qəzaya düşüb.
ANSPRESS-in məlumatına görə, bu haqda sosial şəbəkə istifadəçiləri xəbər yayıb.
Qəza iyulun 7-də yerli vaxtla saat da 21.00-da Lukaşenkonun Aleksandriya şəhərindən Minskə qayıtdığı zaman baş verib. "Prezident kortejinin qarşısına yüksək sürətlə BMW avtomobili çıxıb. BMW kortejdə olan avtomobillərdən ("Mersedes" mikroavtobusu) birinə dəyib.
“Maşında olan şəxslərdən bir çoxu ciddi zərər çəkib.Çünki maşın bir neçə dəfə çevrilib", - deyə bildirilir. BMW sürücüsü barəsində cinayət işi qaldırılıb.