|
|
|
|

Azərbaycanlı hakerlər erməni saytlarından birini dağıdıblar.
525.az-ın verdiyi məlumata görə, İravunk.info saytına daxil olarkən, Azərbaycan Respublikasının dövlət himni səslənir, ingiliscə "Xocalını unutmayaq!" yazısı görünür.
Bundan başqa hakerlər sayta Xocalı faciəsini əks etdirən fotolar yerləşdirib, faciə barəsində məlumat xarakterli mətn yazıblar.
Cavid QƏDİR



