Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" avqustun 5-də üçüncü təsnifat mərhələsinin cavab matçı çərçivəsində Şotlandiya "Seltik"ini qəbul edəcək.
Qol.Az-ın Sport7.az-a istinadən yaydığı xəbərə görə, rəqib komanda artıq bu gün Bakıya yola düşüb.
Qlazqo hava limanında futbolseverlər komandalarını paytaxtımıza yüksək motivasiya ilə yola salıblar.
Maraqlıdır ki, "Seltik"i yola salan orkestra qlazqoluların qapıçısı Kreyq Qordon drijorluq edib. Həmin anın videosunu təqdim edirik: