|
|
|
|

Azərbaycanın Əməkdar artisti Tanilə Əhmərova uzun sürən xəstəlikdən sonra avqustun 4-də vəfat edib.
Bu barədə 525.az-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Xatırladaq ki, aktirisanın iyunun 1-də 65 yaşı tamam olmuşdu.
T. Əhmərova 1978-ci ildən "Azərbaycanfilm" kinostudiyasında bir çox filmlərdə rol almağa başlayıb.
Çəkildiyi filmlərdən "Sevinc buxtası", "Şir evdən getdi", "Üzü küləyə", "Qaynana", "Yarımçıq qalmış mahnı", "Üzeyir ömrü", "Əlavə iz", "İlıq dənizdə buz parçası", "İşarəni dənizdən gözləyin", "Portağal" (Ukrayna), "Hər şeydən əvvəl düzlük" (Özbəkistan.), "Dağıdılmış körpü" (1996) və s. göstərmək olar.
Qeyd edək ki, aktirisaynan vida mərasimi bu gün saat 13:00 də Təzə Pir məscidində keçiriləcək



