Argentinada "Pequeno Editor" nəşriyyatında qeyri-adi kitab hazırlanıb.
525.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, ağacdan əldə edilən kitablar yenidən ağac ola bilsin deyə, oxunduqdan sonra əkilə bilən kitab çap olunub.
Layihə 8-12 yaş arası uşaqlara təbii qaynaqların necə önəmli olmasını anlatmaq üçün təşkil edilib.
Əl əməyi sayəsində ərsəyə gələn bu kitabların səhifəsinə tək-tək toxumlar yerləşdirilib.
Nəşriyyat öz rəsmi saytında layihə haqqında belə məlumat verib:
"Oxuduğumuz hər şey zehnimizdəki kitabxananın bir parçasıdır. Buna görə oxumaq içimizdə kök salan və bizi dəyişdirən bir prosesdir. Bu kitabı əkmək insanları ətraf mühit məsələsində duyarlı olmağa cəsarətləndirəcək, hissiyyatlı və empatik olmağa sövq edəcək".
Cavid QƏDİR