
Rusiyalı iş adamı German Sterliqov Moskvanın Domodedovo hava limanında saxlanılıb.
APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə onun vəkili Artur Ayrapetov bildirib.
“German Sterliqov bu gün saat 17:00 radələrində İrəvandan Moskvaya gəlib və dövlət sərhədini keçəndən sonra saxlanılıb”, deyə Artur Ayrapetov bildirib.
Onun sözlərinə görə, çox güman ki, G.Sterliqovun saxlanılması onun dövlətlərarası axtarışa verilməsi ilə bağlıdır.



