"Facebook" sosial şəbəkəsindəki "Kitabsevərlər" qrupu və "Senzor.org" ədəbiyyat dərgisinin birgə layihəsi çərçivəsində ərsəyə gətirilən "Gəlincik evi" adlı dünya uşaq ədəbiyyatından seçmələr toplusu işıq üzü görüb.
Kitabın təqdimatı sentyabrın 20-də, saat 13:00-dan 16:00-dək "Bakumoz" kitab evində keçiriləcək.
Qeyd edək ki, toplunu təqdimat günü əldə edənlərə "Uşaq qəlbi" kitabı hədiyyə ediləcək.
525.az toplunun tanıdılması üçün hazırlanmış videoroliki təqdim edir: Cavid QƏDİR