Deputatlardan biri Avropa Parlamentinin iclasına Almaniyanın kansleri Anqela Merkelin maskasını taxaraq gəlib.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Avropa Komissiyasının rəhbəri Jan Klod Yunkerin çıxışı zamanı deputat öz tribunasından qalxaraq siyasi xadimə tərəf gedib.
Yunkerə yaxınlaşan Avropa Parlamentinin deputatı onun əlini sıxıb.
Anqela Merkelin maskasında olan şəxs sonradan zaldan çıxarılıb.