|
|
|
|
Bakıda 62 saylı məktəb-liseydə Qarabağ döyüşçüsü, Azərbaycanda Qarabağ müharibəsi qəhrəmanı kimi tanınan İbad Hüseynovla görüş keçirilib.
525.az-ın məlumatına görə, Vüsal Hüseynovun təşkilatçılığı ilə keçirilən görüşdə məktəbin müəllimləri ilə yanaşı şagird heyəti də iştirak edib. Tədbirdə İbad Hüseynovin döyüş fraqmentlərindən ibarət videoçarx təqdim olunub. Şagirlərin görüşünə gələn digər döyüşçülər də öz xatirələrindən danışıblar.
Görüşdə həmçinin Qarabağ döyüşçüsünə 62 saylı məktəb-liseyin kollektivi tərəfindən hədiyyə verilib. Göstərilən diqqətə görə məktəb rəhbərliyini təşəkkürünü bildirən İbad Hüseynov sonda şagirlərlə xatirə şəkli çəkdirib.