|
|
|
|
Suriya prezidenti Bəşər Əsəd Xarici İşlər Nazirliyinin yüksək səviyyəli bir heyətini Rusiyaya göndərib.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, heyətə xarici işlər nazirinin müavini Faysal Mikdat rəhbərlik edir. Suriya və Livandakı mənbələrə görə, Miktad Rusiya rəsmilərinə BMT və Ərəb Birliyinin Suriya üzrə xüsusi nümayəndəsi Lahdar İbrahimi ilə müzakirələrin detallarını çatdıracaq.
Rusiya mətbuatı isə Vaşinqton və Moskvanın Suriyadakı böhranın həlli üçün yeni yol xəritəsi üzərində çalışdığını yazır. Xəbərlərə görə, həll üçün Əsədin 2014-cü ildəki prezident seçkilərinə qədər iqtidarda qalması, 2013-cü ildə qurulacaq müvəqqəti hökumətin icra səlahiyyətlərinə sahib olması nəzərdə tutulur. Əsədin yeni dövrdə namizəd olmaması ilə bağlı razılıq əldə edildiyi, yeni yol xəritəsində Cenevrə sazişinin əsas götürüldürü bildirilir. Ancaq tərəflər iddiaları təkzib edir. BMT təmsilcisi İbrahimi ortaq həll planının mövcud olmadığını açıqlayıb.
Suriya müxalifəti isə Əsəd rejiminin 2014-cü ilə qədər iqtidarda qalmasını qəbul etməyəcəklərini açıqlayıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç isə Əsədin vəzifəsindən ayrılmasını tələb etməyin Cenevrə razılaşmasına zidd olduğunu bildirib.