Rusiya Suriya müxalifətini dialoqa dəvət edib.
Moskvanın Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyasının rəhbəri Əhməd Muaz əl Hatibə Suriyadakı vəziyyəti müzakirə etmək üçün dəvət göndərdiyi açıqlanıb.
Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov "Ria Novosti"yə verdiyi açıqlamada dəvətin artıq ünvanına çatdığını deyib. Boqdanoz müzakirələrin Moskvada və ya Qahirə, Cenevrə kimi şəhərlərdən birində keçirilə biləcəyini söyləyib.
Qeyd edək ki, Rusiya dünən də Əsəd rejiminin təmsilçilərini qəbul edib.
TRT