"Aclıq oyunları" filminin yeni hissəsinin ikinci treyleri yayılıb.
Axşam.az-ın məlumatına görə, rəsmi adı "The Hunger Games: Mockingjay - Part 2" olan ekran işinin həm də yeni posteri təqdim olunub. Filmin yaradıcı heyəti bu barədə Tvitterdə xəbər veriblər.
Bu dəfə videoda Kitniss Everdinin (Cennifer Lourens) bacısı Primrouz Everdinlə (Uillou Şilds) münasibəti diqqət mərkəzindədir.
Filmin dünya premyerası 18 noyabrda baş tutacaq.