|
|
|
|

"Qəbələ"nin rəqibi "Borussiya" baş məşqçisi Tomas Tuxelin işindən razıdır.
Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klubun icraçı direktoru Hans-Yoahim Vatske Yürgen Kloppu əvəzləyən T.Tuxelin işinin öhdəsindən əla gəldiyini deyib:
"Yayda onunla müqavilə imzaladıq. Tuxal əla mütəxəssisdir. O, bizim ümidlərimizi doğrultdu. Bunun üçün çox sevinirik".
Qeyd edək ki, "Borussiya" Almaniya bundesliqasında altı turdan sonra 16 xalla ikinci pillədədir.



