https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

"CBC Sport"un yayımlayacağı bütün çempionatlar bəlli oldu

"CBC Sport"un yayımlayacağı bütün çempionatlar bəlli oldu

"CBC Sport" telekanalında yayımlanacaq nüfuzlu beynəlxalq yarışların siyahısı açıqlanıb.

525.az-ın "Report.az"a istinadən verdiyi məlumata görə, bu barədə telekanalın baş direktoru İlham Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, futbol çempionatlarından İtaliya və Braziliya A seriyası, Hollandiya Erediviziyası, Rusiya və Ukrayna Premyer Liqası, Türkiyə kuboku və Superkubokunun oyunları ekranlara gətiriləcək. İngiltərə, Almaniya və İspaniya çempionatlarının oyunlarından isə ən maraqlı görüntülər efirə veriləcək.

Digər idman növlərinə də yer ayıracaq "CBC Sport" ATP və WTA seriyalı bütün tennis turnirlərini, o cümlədən, "Böyük dəbilqə" yarışlarını, Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatlarını, voleybol üzrə Türkiyə Superliqasının oyunlarını nümayiş etdirəcək.

Qeyd edək ki, "CBC Sport"un yayıma oktyabrın 1-dən başlaması nəzərdə tutulub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.