https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

“Hakimlərə demişəm ki, rəqib qapısına penalti təyin etməyin”

“Hakimlərə demişəm ki, rəqib qapısına penalti təyin etməyin”

Azərbaycan Premyer Liqasının 6-cı turunda keçirilən “Qarabağ” – “Neftçi” matçı bir sıra mübahisəli hakim qərarları ilə yadda qaldı.

Qol.Az-ın məlumatına görə, matçın baş hakimi Fariz Yusifovun “Neftçi”nin qapısına təyin etdiyi penalti zərbəsi isə paytaxt klubunun kəskin etirazına səbəb olub.

Qarşılaşmadan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov penalti epizodu ilə bağlı fikirlərini bildirib. O, ümumiyyətlə, futbolda penaltinin əleyhinə olduğunu deyib:

“Hakimin verdiyi qərar haqda danışmaq istəməzdim. Dəfələrlə hakimlərə bildirmişəm ki, bizim oyunda rəqib qapısına penalti təyin etməyin. Çünki çox söz-söhbətlər yaranır.

Ümumiyyətlə, penaltini ləğv etməyin tərəfdarıyam.  Ancaq bir məsələ də var ki, biz daima hücumda olan komandayıq. İstər-istəməz rəqibi təzyiq altında saxlayırıq. Buna görə də bizim oyunlarda penaltilərin çox olması normaldır. Hakimin səhv qərarı nəticəyə təsir edirsə, bunun əleyhinəyəm”.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.