https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

"Heç-heçə "Qəbələ" üçün yaxşı nəticə olar"

"Heç-heçə "Qəbələ" üçün yaxşı nəticə olar"

"Krasnodar" güclü komandadır. "Borussiya" ilə oyunun videoyazısına baxmışam. "Qəbələ"dən yaxşı nəticə gözləyirik. Amma başa düşməliyik ki, bu Avropa Liqası turniridir. Gərək bu yarışdan zövq alaq".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin direktoru Toni Adams Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları "Krasnodar"la oyun haqda danışarkən deyib.

Sabahkı görüşün ağır keçəcəyini bildirən T.Adams heç-heçənin də komandası üçün yaxşı nəticə olacağını vurğulayıb: "Oyun çox ağır keçəcək. Fikrimcə, heç-heçə də "Qəbələ" üçün yaxşı nəticə olar. Vaxtı ilə Rusiya klubuna qarşı oynamışam. Həmin vaxt Moskva çox soyuq idi. Bu da oyuna təsir etdi. Ümid edirəm ki, bu dəfə fərqli olacaq".

Qeyd edək ki, sabah keçiriləcək "Krasnodar" - "Qəbələ" oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.