https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Bakı Metropolitenindən "Qarabağ"a müsbət cavab

Bakı Metropolitenindən "Qarabağ"a müsbət cavab

Bakı Metropoliteni "Qarabağ" futbol klubunun Belçika "Anderlext"i ilə Avropa Liqasının qrup mərhələsinin II tur matçından sonra metronun daha gec bağlanması ilə bağlı müraciətini cavablandırıb.

Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev "Report"a açıqlamasında müraciətin müsbət cavablandırıldığını bildirib.

Onun sözlərinə görə, Bakı Metropoliteni gecə saat 01:00-dək açıq olacaq. N.Paşayev qeyd edib ki, təhlükəsizlik tədbirləri ilə əlaqədar "Gənclik" stansiyasında girişi nizamlanacaq:
 
"Sərnişinlərdən xahiş edirik ki, böyük sıxlıq yaranmaması üçün yaxın stansiyalar olan "28 May" və ya "Nəriman Nərimanov"dan da istifadə etsinlər. Metropolitenin bütün stansiyaları saat 01:00-dək açıq olacaq və xahiş edirik ki, vaxtın çoxluğunu nəzərə alaraq böyük sıxlıq yaratmasınlar".

Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Anderlext" matçı saat 22:00-da başlanacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.