https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Bakıda kiberidman üzrə növbəti çempionat başa çatıb

Bakıda kiberidman üzrə növbəti çempionat başa çatıb

Marriott Absheron Baku otelində Həzi Aslanovun xatirəsinə həsr olunmuş World of Tanks oyunları üzrə Azərbaycan çempionatının final mərhələsinə yekun vurulub.

Xəbər verdiyimiz kimi, tədbir  Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Kiberidman Federasiyası və Wargaming şirkəti tərəfindən təşkil olunmuşdur. Turnirin texniki və maliyyə partnyoru qismində  ən populyar ödəniş əməliyyatlarını həyata keçirən və dünya üzrə tanınmış oyun brendlərini Azərbaycana cəlb edən Restart Group şirkəti iştirak edirdi.

Online-seçmə mərhələsinin yekununa görə ən yüksək nəticəni göstərmiş komandalar finalda gərgin mübarizə aparıb və sonda mükafata layiq görülüblər. Komanda yarışlarının finalçıları üçün ayrılmış mükafat fondu 5 min manat təşkil edirdi. Həmin məbləğin 3 min manatı çempionatın qızıl medalına layiq görülmüş heyətin payına düşüb. Şəxsi hesabda qalib gələn oyunçu isə Apple iPhone 6 (64Gb) ilə mükafatlandırılıb. İkinci və üçüncü yerləri tutanlara  da dəyərli hədiyyələr - Microsoft Xbox One konsol və Apple iPad mini 3 (16GB) planşet təqdim olunub.

Qeyd edək ki, bu, Azərbaycan müvafiq idman növü üzrə keçirilən ilk irimiqyaslı yarış deyildi. Artıq 10 ildir ki, ölkəmizdə kiberidman üzrə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Kiberidman Federasiya tərəfindən müxtəlif tədbir və yarışlar təşkil olunur.

Azərbaycan Kiberidman Federasiyasının prezidenti Ramil Əliyevin verdiyi məlumata görə, budəfə yarışın təşkilində Wargaming şirkəti də iştirak edib. Qeyd edək ki, Wargaming MMO janrında ödənişsiz oyunlar bazarında nəhəng dünya istehsalçısıdır. "Hazırda Wargaming şirkəti MMO oyunlarının XX əsrin ortalarına aid tank, hava və dəniz döyüşlərinə həsr olunmuş hərbi seriyası -  World of Tanks, World of Warplanes və World of Warships üzərində çalışır. Hər üç layihə qlobal vargeyner cəmiyyətində milyonlarla oyunçunu birləşdirən vahid ümumdünya MMO  Wargaming.net-in (www.wargaming.net) tərkib hissəsi olacaq", - deyə o qeyd edib.

Tədbirdə Azərbaycan Gənclər və İdman Nazirliyinin, müxtəlif gənclər təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, həmçinin xarici ölkələri təmsil edən kiberidman həvəskarları və azarkeşləri və başqa qonaqlar iştirak ediblər.

Yüksək səviyyədə təşkil olunmuş tədbir kiberidmanın Azərbaycanda gənclər və ümumiyyətlə insanlar arasında necə populyar olduğunu bir daha sübut edib. Ramil Əliyevin sözlərinə görə, təkcə sentyabrın 26-da keçirilmiş final mərhələsində 1200 nəfərdən çox adam iştirak edib. "Bu turnir 2015-ci il Azərbaycanda keçirilmiş kiberidman üzrə ən nəhəng turnir kimi tarixə düşdü. Çempionatın yekun mərhələsi iki formatda təşkil edilmişdi: komanda (3x3) və şəxsi yarışlar. Arzu edən hər kəs turnirdə öz məharətini nümayiş etdirə bildi. Bundan ötrü əvvəlcədən qeydiyyatdan keçmək tələb olunmurdu. O da qeyd edilməlidir ki, World of Tanks kütləvi və çoxistifadəçili online oyundur. Oyun bütövlüklə XX əsrin ortalarında istifadə olunmuş zirehli maşınlara həsr edilmişdir", - deyə R. Əliyev vurğulayıb.

Maraqlı döyüşlərlə yanaşı, yekun yarışlar arasındakı fasilələr zamanı qonaqlar üçün əyləncəli proqram və Wargaming şirkətinin mükafatları uğrunda müsabiqələr də təşkil olunub. Tədbir iştirakçılarının sözlərinə görə, kiberidman üzrə turnirlərin təşkilati səviyyəsi ilbəil yüksəlir. "Çempionatın yüksək səviyyədə keçəcəyinə əmin idik. Zənnimcə, iştirakçılar yarışlardan böyük zövq aldılar. Təşkilati məsələlər yüksək səviyyədə həll olunmuşdur. Ümumiyyətlə, gənclərimiz və bütün kiberidman həvəskarları bu idman növü ilə yaxından maraqlandıqları üçün belə yarışların təşkili hər zaman böyük səbirsizliklə gözlənilir və maraqla qarşılanır. Əminliklə deyə bilərəm ki, son bir neçə il ərzində kiberidmanın inkişafında köklü dəyişikliklər baş verib. Oyunçuların sayı getdikcə artır. Bu cür yarışlarda layiqincə oynamaq və qalib gəlmək ildən-ilə çətinləşir. Artıq bu sahədə açıq-aşkar böyük rəqabət hiss olunmaqdadır. Biz bu gözəl turnirin bütün təşkilatçılarına çəkdikləri əziyyətə görə təşəkkürümüzü bildiririk. Onlar sayəsində gənclərimiz minlərlə tamaşaçı qarşısında öz məharətlərini və istedadlarını nümayiş etdirmək, həmçinin təkcə Azərbaycanda deyil, həm də beynəlxalq arenada mükafata layiq yerlər tutmaq imkanı qazanırlar", - deyə, kiberidmançı Hüseyn Nəsirli bildirib.

İsgəndər Quliyev

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.