|
|
|
|

"Anderlext"in prezidenti Rocer Vanden Stok Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları "Qarabağ"la oyun haqda danışıb.
Qol.Az-ın məlumatına görə, Stok Belçika mətbuatına açıqlamasında komandasının "Qarabağ"la görüşdə yaxşı nəticə qazanacağına inandığını bildirib:
"Qarabağ"la oyunda yaxşı nəticəyə inanıram. Qəbələ qazanmağımız daha yaxşı olar. Lakin uduzsaq, növbəti mərhələyə vəsiqə qazanmaq işimizi çətinə salacağıq. Turnirə yaxşı başlamadıq. Ancaq komandam oyundan-oyuna daha yaxşı çıxış edir. "Anderlext"in bütün hədəflərinə çatmaq gücündə olduğunu göstərəcəyik".
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Anderlext" oyunu saat 22:00-da başlayacaq.



