Moskvada "Vnukova" aeroportu yaxınlığında, Kiyev şosesində təyyarə məcburi eniş edib.
Bu barədə Trend Rusiya KİV-lərinə istinadən məlumat yayıb. Şahidlərin məlumatına görə, məcburi eniş zamanı təyyarə qəzaya uğrayıb. Qəza zamanı ölən və yaralanların olduğu bildirilir.
Rəsmi məlumata görə, təyyarədə 12 nəfər olub. Təyyarənin Çexiyadan gəldiyi qeyd olunub.