|
|
|
|

"Bizi çox çətin oyun gözləyir. "Anderlext"in həm hücumda, həm də müdafiədə yaxşı oynadığını bilirik".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Reynaldo Silva Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları "Anderlext"lə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
Braziliyalı hücumçu doğma azarkeşlər önündə ən yaxşı oyunlarını sərgiləməyə çalışacaqlarını bildirib:
"Rəqibin avrokuboklarda yaxşı təcrübəsi var. Biz də azarkeşlərimiz önündə ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Təkcə sabiq klubum "Anderlext"ə qarşı deyil, istənilən komanda ilə oyuna eyni dərəcədə məsuliyyətlə hazırlaşıram".
Reynaldo sabiq komandasına yaxşı bələd olduğunu əlavə edib: “Təbii ki, "Anderlext"in müdafiəçilərini yaxşı tanıyıram. Onların bəziləri ilə bir yerdə məşq etmişəm. Rəqibi kifayət qədər analiz etmişəm”.
Qeyd edə ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Anderlext" oyunu saat 22:00-da başlayacaq.



