https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

"Krasnodar"a qalib gəlməyimiz sensasiya sayılmamalıdır"

"Krasnodar"a qalib gəlməyimiz sensasiya sayılmamalıdır"

"Komandada yaxşı mühit var. Bununla belə, "Krasnodar"ın heyətinə və oyun üslubuna baxanda, bilirik ki, bizi çətin oyun gözləyir. Ancaq əlimizdən gələni edərək səfərdən ən azı heç-heçə ilə qayıtmağa çalışacağıq".

Bu sözləri "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Qol.Az-ın Krasnodar şəhərinə ezam olunan müxbirinə açıqlamasında deyib.

Avropa Liqasının qrup mərhələsində sabah qarşılaşacaqları "Krasnodar"la oyun haqda danışan F.Nəcəfov komandasının səfərdə qələbə qazanacağına inandığına bildirib:
 
"Bu günə qədər Avropa Liqasında göstərdiyimiz nəticələrə nəzər salsaq, "Krasnodar"a qalib gəlməyimiz sensasiya sayılmamalıdır. Çünki turnirdə kifayət qədər təcrübə toplamışıq. Lakin səfərdə qələbə qazanmaq çox çətin olacaq. Rəqibimiz güclüdür. Bununla belə, komandaya inamımız böyükdür. Klubun prezidenti Tale Heydərov da komandanı dəstəkləmək üçün Rusiyaya gələcək".

Qeyd edək ki, sabah keçiriləcək "Krasnodar" - "Qəbələ" oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.