https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Levandovski Messinin uğurunu təkrarladı

Levandovski Messinin uğurunu təkrarladı

"Bavariya"nın hücumçusu Robert Levandovski Çempionlar Liqasının qrup mərhələsində "Dinamo" (Zaqreb) ilə keçirilən görüşdə het-triklə yadda qalıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, polşalı futbolçu Çempionlar Liqasında vurduğu qolların sayını 25-ə çatdırıb.

O, 25 qolu turnirdə keçirdiyi 42-ci oyununda vurub. Bununla da, Levandovski "Barselona"nın hücumçusu Lionel Messinin uğurunu təkrarlayıb. Argentinalı futbolçu da qitənin ən mötəbər turnirində 25-ci qoluna 42-ci matçında imza atıb.

Qeyd edək ki, bu göstəricidə rekord "Milan"ın sabiq futbolçusu Filipo İnzaqi və "Mançester Yunayted"in keçmiş forvardı Rud van Nistelroya məxsusdur. Hər iki futbolçu Çempionlar Liqasında 25-ci qolunu 30-cu oyunlarında vurublar.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.