https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

"Qarabağ"ı düzgün qiymətləndirməliyik"

"Qarabağ"ı düzgün qiymətləndirməliyik"

"Anderlext"in futbolçusu Giyom Jille Avropa Liqasının qrup mərhələsində bu axşam qarşılaşacaqları "Qarabağ" haqda danışıb.

Qol.Az-ın Belçika mətbuatına istinadən verdiyi məlumata görə, Jille "Qarabağ"ı düzgün qiymətləndirməli olduqlarını bildirib:

"Qarabağ" haqda yalnız onu bilirəm ki, bu komandanın iki futbolçusu daha öncə bizdə oynayıb. Ancaq Reynaldo və Armenterosu tanımaq hər şey demək deyil. "Zalsburq"un heyətində "Qarabağ"a qarşı oynamış dostum Massimo Bruno Bakıda futbol üçün əla mühit olduğunu deyib. O, həmin vaxt "Qarabağ"la oyunda çətinliklə üzləşdiklərini və uduzduqlarını söylədi. Buna görə də "Qarabağ"ı düzgün qiymətləndirməliyik".

Qeyd edə ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Anderlext" oyunu saat 22:00-da başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.