https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Məhəmmədrəsul Məcidov yığmadan kənarlaşdırıldı

Məhəmmədrəsul Məcidov yığmadan kənarlaşdırıldı

Boks üzrə milli komandamız bu gün Bakıda son məşqini edib.

Qol.Az-ın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, seçməmiz sabah dünya çempionatının keçiriləcəyi Qətərin paytaxtı Dohaya yola düşəcək.

Yarışda millimizin heyətində 9 boksçunun iştirak etməsi nəzərdə tutulsa da, son anda dəyişiklik edilib. Belə ki, həkimlər Məhəmmədrəsul Məcidovun mundialda çıxışına icazə verməyiblər. Avropa Oyunlarında zədələnən boksçumuz Meksika və İtaliyaya təlim-məşq toplanışlarına yollansa da, tibbi personal risk etmək istəməyib.

Məcidov jurnalistlərə açıqlamasında həkimlərin qərarı ilə razılaşmaq məcburiyyətində qaldığını söyləyib:

"Son ana qədər ümid edirdim ki, dünya çempionatında iştirak edəcəm. Komanda ilə birgə məşqlərimi də davam etdirirəm. 3-cü dəfə dünya çempionu olmaq arzusunda idim. Amma həkimlərlə mübahisə etməyə dəyməz. Onlar zədə səbəbindən yarışda iştirakıma icazə vermədilər. Bu son şans deyil. Qarşıda hələ lisenziya turnirləri var. Əvvəlcə İstanbulda, gələn il son yarış isə Bakıda keçiriləcək. İnanıram ki, Olimpiadaya vəsiqə qazanaraq, orada uğurla çıxış edəcəm".

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.