https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

“Anderlext”in baş məşqçisi: “Biz “Qarabağ”dan güclüyük”

“Anderlext”in baş məşqçisi: “Biz “Qarabağ”dan güclüyük”

“Əlinə düşən 6 qol imkanından istifadə edə bilmirsənsə, mütləq səni cəzalandıracaqlar. İlk hissədə futbolçularım çox zəif təzir bağışladı. Top bizdə olanda nə edəcəklərini bilmirdilər. İkinci hissədə yaxşı oynasaq da, bunun faydası olmadı”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Anderlext”in baş məşqçisi Besnik Hasi Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a uduzduqları oyundan (0:1) sonra keçirdiyi mətbuat konfransında deyib.

O, komandasından razı qalmadığını, müəyyən çatışmazlıqların olduğunu bildirib: “Qarabağ”ın iki zərbəsindən biri qol oldu. Biz isə 6 real qol imkanından yararlana bilmədik. Qol vurmağa çətinlik çəkirik. Bu çatışmazlığın üzərində işləyirik. Düşünmürəm ki, ən zəif oyunumuz idi. Bu gün xal qazanmalı idik. Avrokuboklarda adi oyun olmur. Burda sona qədər mübarizə aparmaq lazımdır”.

Mən yenə də qeyd edirəm ki, mənim komandam daha güclüdür. Ancaq rəqibi heç vaxt kiçiltmək fikrim olmayıb. Avropada zəif komanda yoxdur.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.