https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

"Real Madrid" Ronaldonu mükafatlandırıb

"Real Madrid" Ronaldonu mükafatlandırıb

İspaniyanın "Real Madrid" klubu futbolçusu Kriştianu Ronaldonu mükafatlandırıb.

"Report"un məlumatına görə, Madrid təmsilçisinin heyətində ən çox qol vuran futbolçu kimi klubun tarixinə düşən portuqaliyalının mükafatlandırılması məqsədilə "Santiyaqo Bernabeu"da mərasim təşkil olunub.

Mərasimdə klub prezidenti Florentino Perez, idarəçilər və digər klub rəsmiləri, baş məşqçi Rafael Benites və futbolçular iştirak edib.

Ronaldo mərasimə uşağı və anası ilə birgə qatılıb. Tədbirdə 30 yaşlı futbolçunun vurduğu ən gözəl qollar nümayiş etdirilib və futbolçuya mükafat təqdim olunub. Klub rəsmilərinin çıxışından sonra futbolçu və baş məşqçi fikirlərini bildirib.

Qeyd edək ki, Ronaldo "Real Madrid" forması ilə 324 dəfə rəqib qapısına yol tapıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.