|
|
|
|
Azərbaycan Premyer Liqasının 7-ci turunun "İnter" - "Qarabağ" qarşılaşmasında maraqlı hadisə yaşanıb.
525.az-ın Sport7.az saytına istinadən yaydığı xəbərə görə, son dəqiqələrdə "İnter"in qapıçıs Lomaya Reynaldoya qarşı kobud oynayıb. Bu zaman hakim Elvin Əsgərov meydan sahiblərinin qapısına penalti təyin edib və Lomayanı meydandan qovub.
Zərbəni vurmağa hazırlaşan Elvin Məmmədovu yanına çağıran Qurban Qurbanov ondan topu kənara vurmağı tələb edib.
Futbolçu baş məşqçinin tələbini yerinə yetirib.