https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Cüdoçularımız daha üç medal qazanıb

Cüdoçularımız daha üç medal qazanıb
Koreya Respublikasının Munqyeonq şəhərində keçirilən hərbçilərin VI Dünya Oyunlarında Azərbaycan cüdoçuları daha üç medal qazanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oyunlarda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli ilk görüşündə ermənistanlı Qarik Harutunyanı ipponla məğlub edib. Ardından o, indoneziyalı və koreyalı rəqiblərini də üstələyərək finala yüksəlib. Həlledici görüşdə Azərbaycan cüdoçusu braziliyalı Felipe Eyci Kitadaya uduzaraq gümüş medal qazanıb.
 
Yarışda 66 kiloqram çəkidə yarışan Nicat Şıxəlizadə qətərli, qazaxıstanlı və cənubi koreyalı rəqiblərinə qalib gəlsə də, yarımfinalda misirli Əli Eyd əl-Yusifiyə məğlub olaraq bürünc medal uğrunda təsəlliverici görüşə qatılıb. O, həmin qarşılaşmada əlcəzairli Bilal Lunauçiyə qalib gələrək üçüncü olub.
 
73 kiloqram çəkili Hüseyn Rəhimli isə çinli, çilili və fransalı rəqiblərinə qalib gəlib. Yarımfinalda cənubi koreyalı Yunq Min Liyə məğlub olaraq təsəlliverici görüşdə iştirak edib. Bu döyüşdə isə idmançımız monqolustanlı Tumennasan Erdenetoqtoxu məğlub edərək üçüncü yeri tutub.
 
Xatırladaq ki, bundan əvvəl Vüqar Şirinli, Nicat Şıxəlizadə, Hüseyn Rəhimli, Elmar Qasımov və Tural Safquliyevdən ibarət yığma komanda yarışında bürünc medal qazanıb.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.