Rusiya prezidenti Vladimir Putin Amerikanın “Foreign Policy” dərgisinin versiyası üzrə 2012-ci ilin ən nüfuzlu insanı seçilib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, əslində V. Putin reytinq cədvəlində 2-ci sıradadır, lakin jurnal 1-ci sıraya heç kimi qoymayıb. Reytinqin tərtibçiləri bunu belə izah ediblər ki, hər kəs müasir dünyanın ən mürəkkəb və təhlükəli problemlərini həlli məsuliyyətini öz üzərinə götürəcək bir şəxsiyyətin axtarışındadır.
Reytinq cədvəlində 3-cü sırada ABŞ Federal Rezerv Sisteminin rəhbəri Ben Bernanke, 4-cü sırada Almaniya kansleri Angela Merkel, 5-ci sırada isə Barak Obamadır.