https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Belçika İsrailə qalib gəlsə...

Belçika İsrailə qalib gəlsə...

Belçika yığması gələn ay açıqlanacaq FİFA reytinqində ilk pilləyə yüksələ bilər.

Qol.Az-ın məlumatına görə, bunun üçün Belçika millisi "Avro-2016"nın seçmə mərhələsinin son turunda evdə İsrailə qalib gəlməlidir.

Mark Vilmotsun komandası hazırda FİFA reytinqində üçüncü pillədə qərarlaşıb. Lakin ilk iki pillənin sahiblərindən Almaniya və Argentina yığmaları bu ayda keçirdikləri rəsmi görüşlərdə uduzublar. Almaniya İrlandiyaya, Argentina isə Ekvadora məğlub olub.

Bu səbəbdən Belçika İsrailə qalib gələrsə, xalını 1440-a yüksəldəcək və tarixində ilk dəfə FİFA reytinqinə başçılıq edəcək.

Qeyd edək ki, indiyə qədər Almaniya, Braziliya, İtaliya, Fransa, Argentina, İspaniya və Hollandiya yığmaları FİFA reytinqinin ilk pilləsində qərarlaşmağı bacarıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.