https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

"Spartak"ın "Neftçi"dən təzminat almaq cəhdi baş tutmadı

"Spartak"ın "Neftçi"dən təzminat almaq cəhdi baş tutmadı

26.12.2014-cü il tarixində Rusiyanın “Spartak” klubu “Neftçi” PFK-ya məktub ünvanlayaraq futbolçu Samir Məsimovun Moskva klubunda qeydiyyatda olduğunu əsas gətirib, futbolçunun “Neftçi” ilə ilk peşəkar müqaviləsi olduğu üçün klubumuzdan 42,541 avro məbləğində təzminat tələb edib.

Trend Bakı klubunun saytına istinadən məlumat verir ki, 19.02.2015-ci il tarixdə Moskva klubu FIFA qarşısında tələb olunan təzminatın “Neftçi” tərəfindən ödənməsi tələbi ilə vəsatət qaldırıb.

Uzun müddət davam edən prosesə “Neftçi” tərəfindən təcrübəli vəkil cəlb olunub və “Spartak” klubunun FIFA-ya ünvanladığı iddianın tərkibində əsassız məqamların yer aldığı aşkarlanıb.

Bu gün FİFA tərəfindən “Neftçi” PFK-ya daxil olmuş məktubda ali futbol qurumunun Mübahisəli Məsələlərin Həlli Şurası proseslə bağlı “Neftçi” tərəfinin haqlı olduğunu və “Spartak” klubunun iddiasının rədd edildiyini bildirib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.