https://525.az/img/pics/medium/2024-05/312454_ap3j3iwjn3.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg "Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2023-12/296476_nohm4rbib1.jpg Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır
search
3 May 2024

"Qəbələ"dən 5 qələbə

"Qəbələ"dən 5 qələbə

“Qəbələ” Futbol Akademiyasının komandaları AFFA-nın yeniyetmə futbolçular arasında təşkil etdiyi liqalarda növbəti oyunlarını keçirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, son bir həftədə "Qəbələ" komandalarının iştirakı ilə 6 qarşılaşma baş tutub.

Bunların 5-də qalib gələn "qırmızı-qaralar" yüksək məhsuldarlığı ilə də seçilib. "Qəbələ"nin komandaları 6 oyuna 48 qol vurub.

U-19 yeni mövsümə “Bakı” ilə səfər oyunu ilə start verib. Komanda məhsuldar keçən matçda 3:4 hesabı ilə uduzub. “Qırmızı-qaralar” sabah keçiriləcək II turda “Qarabağ”ı qəbul edəcək.

II turda AZAL-ı evdə 8:1 hesabı ilə məğlub edən U-17 altı xalla çempionatın lideridir. İzləyicilərini top fərqində qabaqlayan komanda oktyabrın 19-da “Vətən” RİOEUGİM-in qonağı olacaq.

U-16 Liqasının ilk turunda “Kəpəz”lə qarşılaşan “Qəbələ” ev oyununda 12:0 hesablı qələbə qazanıb. Komanda turun ən böyük hesabına imza ataraq liderliyi ələ alıb. "Qəbələ" oktyabrın 15-də “Əlincə”nin qonağı olacaq.

Ardıcıl 4 böyükhesablı qələbə qazanan U-15 komandası bu dəfə “Neftçi” PFK üzərində minimal fərqli səfər qələbəsi qazanıb – 2:1. 15 xalla top fərqinə görə 1-ci olan “Qəbələ” oktyabrın 16-da AZAL-ı qəbul edəcək. Komandamızın üzvü Məhəmməd Məhərrəmov 8 qolla bombardirlər yarışında hamını qabaqlayır.

U-12, U-11 və U-10 komandalarının çıxış etdiyi Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında ilk turun oyunları keçirilib. U-12 Yevlax “UGİM-Rabitəçi”sini məğlub edib – 11:0. “Qırmızı-qaralar” II turda Şəki təmsilçisi “Şorsu” ilə qarşılaşacaq.

U-11 Liqasında “Qəbələ” ilk turda istirahət edib. Komanda ilk oyununu İsmayıllı UGİM-inə qarşı keçirəcək. İlk turda Zaqatala “Viktoriya”sı ilə qarşılaşan U-10 böyükhesablı qələbə qazanıb – 12:0. Komanda II turda Qəbələnin digər təmsilçisi UGİM-lə üz-üzə gələcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.