ABŞ dövlət katibi Hillari Klinton müalicə prosesindən sonra bu gün işə başlayır.
525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, Dövlət Departamenti beynindəki qan laxtalanması səbəbilə yerləşdirildiyi xəstəxanadan keçən həftənin çərşənbə günü çıxan Klintonun bu gün müavinləri ilə görüşəcəyini açıqlayıb.
Klintonun bu həftə Amerikaya səfər edəcək Əfqanıstan prezidenti Həmid Karzayi ilə də görüşü gözlənilir.
65 yaşlı Klinton dekabrın 15-də mədə virusunun səbəb olduğu aşırı su itkisi səbəbilə özündən getmiş və beyni silkələnmişdi. Həkimlər sağ qulağının arxasında qan laxtalanması tapdığı üçün dekabrın 30-da yenidən xəstəxanaya yerləşdirilmişdi.