|
|
|
|

“Rudar”ın heyətində Çempionlar Liqasında “Qarabağ”a qarşı oynamışam. Həmin vaxt Azərbaycan futbolunun nə qədər inkişaf etdiyini gördüm”.
Bu sözləri Qol.Az-a açıqlamasında “Rudar”ın sabiq futbolçusu, hazırda “Zirə”də çıxış edən İqor İvanoviç deyib.
Çernoqoriyalı hücumçu Azərbaycan çempionatının yüksək səviyyədə olduğunu bildirib: “Bu gün Azərbaycan çempionatı Çernoqoriyadan da, Serbiyadan da çox güclüdür. Ölkənizdə maliyyə cəhətdən çox yaxşı klublar var. Tək problem suni örtüklü stadionlardır”.
İ.İvanoviç oktyabrın 17-də “Qarabağ”la qarşılaşacaqları oyun haqda da danışıb: “Qarabağ”la oynayacağıq. Bu klubla iki dəfə qarşılaşmışam qələbə qazana bilməmişik. İnanıram ki, 3-cü uğurlu olacaq. Həm “Zirə” həm də “Qarabağ” çempionat başlayandan məğlub olmayıb. Yəqin ki, biz onların uğurlu seriasına son qoyacağıq, onlar bizim yox”.



