https://525.az/img/pics/medium/2024-05/312451_lxkxbkfcbb.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg "Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2023-12/296476_nohm4rbib1.jpg Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır
search
3 May 2024

Səlçuk İnan: "Qol vuracağımı hiss edirdim"

Səlçuk İnan: "Qol vuracağımı hiss edirdim"

"Sanki hələ də yuxudayam. Bu qəhrəmanlıqda hamının payı var. Komandanın uğurunu bir nəfərin adına yazmaq düzgün olmaz. Həqiqətən də, bu, bir inancın göstəricisidir. Bir xalımız olarkən belə, "biz bitdi demədən, bitməz" demişdik. Allaha şükürlər olsun ki, istəyimizə çatdıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri Türkiyə millisinin futbolçusu Səlçuk İnan ölkəsinin mətbuatına açıqlamasında deyib.

İslandiya ilə görüşdə cərimə zərbəsindən vurduğu qolla komandasını Avropa çempionatının final mərhələsinə yüksəldən Səlçuk qol epizodunu belə şərh edib: "Qulağımız qrupun digər oyunlarında idi. Çünki Qazaxıstan və Hollandiyanın oyunlarından gələcək xəbərlər bizim üçün çox önəmli idi. Qazaxıstanın 1:0 öndə olduğunu öyrəndikdə, daha çox müdafiədən oynadıq. Öz-özümə deyirdim ki, qol vura bilərik, amma çətin görünür. Çünki artıq 10 nəfərlə qalmışdıq. Lakin bir cərimə zərbəsi olsa, qol vura biləcəyimi düşünürdüm.

Cərimə zərbəsi təyin olunduqda, Arda yanıma gəldi və mənə "əgər məsafə uzaqdırsa, ötürmə edə bilərsən" dedi. Mən də ona "sən get, ötürmə edəcəm" dedim. Ancaq mən inanmışdım. Qol vuracağımı hiss edirdim. Elə bir qol vurdum ki, sonrasında hər kəs özünü itirdi. Çox xoşbəxtəm. Belə çətin günlərdə millətimizə, insanlara sevinc bəxş etmək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaqdan daha önəmlidir. Fatih Terimin olduğu yerdə hər zaman uğur var. O, qələbə ruhunu bizə çox yaxşı aşıladı. Avropa çempionatının final mərhələsindəki rəqiblərin hamısı güclü olacaq. Ancaq indidən bu barədə danışmaq çox tezdir".

Qeyd edək ki, Səlçukun matçın 89-cu dəqiqəsində vurduğu qolla İslandiyanı 1:0 hesabı ilə məğlub edən Türkiyə millisi Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.