https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg "Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2023-12/296476_nohm4rbib1.jpg Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır
https://525.az/img/pics/medium/2021-12/210659_3cefjpxi5a.jpg Xilas - Mahir Cavadlı yazır
search
3 May 2024

"Qarabağ" haqda film Monakoda mükafat qazandı

"Qarabağ" haqda film Monakoda mükafat qazandı

"Qarabağ" qaçqın futbol komandası haqda çəkilmiş Amerika-Azərbaycan istehsalı olan film Monakoda keçirilən film festivalinda II yerə layiq görülüb.

525.az-ın "Qaynar.info"ya istinadən verdiyi məlumata görə, 26-cı dəfə keçirilən ənənəvi Sportel Mükafatları film festivalında Azərbaycan "On Aqqreqeyt" ("Aqreqatda") filmi ilə təmsil olunub.

Sülh və İdman nominasiyasında "3-lüy"ə düşən ABŞ-dan olan Tomas Qoltsun filmi qalib olmasa da, ən yaxşı II film kimi seçilib. I yeri isə fransalı rejissor Marion Poyzeaunun çəkdiyi "İntu Ze Si" ("Dənizə doğru") filmi tutub. Bu filmdə İran-Pakistan sərhədində yerləşən Hind Okeanının sahillərində hicablı iranlı qadınların sörfinqlə məşğul olmasından bəhs edilir.

Mükafatlandırma mərasimi zamanı Qolts bu sözləri bildirib: "On Aqqreqeyt" filmi Avropanın məşhur müsabiqəsində "3-lüy"ə düşdü. Bu film "Monako" Futbol Klubunun sahibindən tutmuş Fransa Olimpiya Komitəsinin prezidentinə kimi dəstək gördü ki, bu, bizim üçün böyük şərəfdir. Bu hələ başlanğıcdır. Onların dediyi kimi, bu filmin ayaqları var". Daha son filmin icraçı prodüsseri Fidan Bağırova da çıxış edib.

Qeyd edək ki, bu festival hər il Knyaz Pyer Qrimaldi Auditoriyasında keçirilir. Təşkilatçılığı isə Monakı knyazı II Albert yerinə yetirir. Bu ilki münsiflər heyətində Fransa reqbi millisinin üzvü Yoann Uje, belçikalı jokey Kristof Sumillon, yüksək tullanmaq üzrə Pekin Olimpiadasının qalibi belçikalı Tia Hellebaut, cüdo üzrə fransalı dünya çempionu Loik Pyetri, "Barselona" və Fransa millisinin sabiq futbolçusu Lüdovik Jüli, kamerunlu ağırçəkili boksçu Karlos Takam, Fransa basketbol millisinin sabiq üzvü Erve Dubuisson, atletika üzrə fransalı dünya çempionu Laci Dukure, fransalı sabiq boksçu Rene Jakvo, sabiq fransalı reqbiçi Daniel Errero, "Monako" klubunun portuqal baş məşqçisi Leonardu Jardim, Belçika millisi, "Bavariya" və "Trabzonspor"un sabiq qapıçısı Jan-Mari Pfaff, sabiq ingilis reqbiçi Dan Luqer, slovakiyalı atıcı Danka Bartekova, fransız atleti Muriel Urtis, fransız motokrossçu Romen Febvr, fransız tennisçi Mikael Lyodra və buz üstdə rəqs üzrə fransalı Avropa çempionu Natali Peşala olub. Ümumi münsifərin rəhbəri qismində isə peşəkar boks üzrə ağırçəkili 4 qat dünya çempionu amerikalı Evander Holifild iştirak edib. Bundan başqa, "Kanal+" və "Yurosport" kimi məşhur kanalların göstərdiyi müsabiqəyə sabiq ulduz futbolçular - portuqaliyalı Luiş Fiqu və italyan Fabio Kannavaro da xüsusi qonaq qismində dəvət olunublar.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.