Hindistanda bir universitet tələbəsinin keçən ay kütləvi təcavüzə məruz qalaraq öldürülməsindən sonra başlayan gərginlik davam edir.
525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, qadınların daha yaxşı qorunması və cinsi təcavüzə cəhd edənlərə verilən cəzaların ağırlaşdırılması tələbilə keçirilən aksiyalar davam edir. Hökumətə etiraz məqsədilə keçirilən aclıq aksiyaları keçirilir.
Təcavüz əleyhinə aksiyaların ən böyüyü Yeni Dehlidə keçirilib. Nümayişçilər universitet tələbəsinin kütləvi təcavüzə məruz qalmasından 3 həftə keçməsinə baxmayaraq hökuməti heç bir addım atmamaqda ittiham ediblər. Müxalifət partiyaları da hökumətin təcavüzçülər əvəzinə nümayişçiləri susdurmağa çalışdığını, ölkədə elan edilməmiş fövqəladə vəziyyət rejimi tətbiq etdiyini bildirirlər.
Aksiyanın keçirildiyi meydanda iki aydır aclıq aksiyası keçirən iki nəfərdən birinin vəziyyətinin ağırlaşdığı bildirilir.
Nümayişçilər gənc qızın ölümünə səbəb olan təcavüzçülərin edam edilməsini istəyirlər. 6 cinayətkardan beşi bu gün məhkəmə qarşısına çıxacaq. 17 yaşlı altıncı cani isə uşaq məhkəməsində mühakimə olunacaq.