|
|
|
|
Türkiyə Hərbi Hava Qüvvələri ölkənin hava sərhədini pozan naməlum təyyarəni vurub.
APA TV-nin "Vesti.az"a istinadən məlumatına görə, hava sərhədi Suriya istiqamətindən pozulub. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından xəbər təsdiqlənib.
"Bu gün Suriya ilə sərhəd bölgəsində hələlik hansı ölkəyə məxsus olduğu bilinməyən təyyarə Türkiyənin hava sərhədini pozub. Üç dəfə edilən xəbərdarlığa baxmayaraq həmin təyyarə ölkə sərhədləri içərisində uçuşunu davam etdirib. Bundan sonra Türkiyə qırıcıları havaya qalxıb və gözlənilən təhlükənin qarşısını almaq üçün atəş açaraq təyyarəni vurublar", deyə açıqlamada bildirlir.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından əlavə edilib ki, bundan sonra da belə hallar baş versə analoji addımlar atılacaq.
Xatırladaq ki, bundan bir müddət öncə Türkiyənin hava məkanı Suriyada əməliyyat keçirən Rusiya təyyarələri tərəfindən iki dəfə pozulub.