https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

“Rəvan”ın baş məşqçisi istefaya göndərilib

“Rəvan”ın baş məşqçisi istefaya göndərilib
Topaz Premyer Liqasında növbəti məşqçi ayrılığı reallaşıb.
 
Apasport.az saytının əldə etdiyi məlumata görə, “Rəvan”ın baş məşqçisi Emin Quliyev istefaya göndərilib.
 
Yenidən Premyer Liqaya qayıtdıqdan sonra gözlənilən nəticəni heç cür əldə edə bilməyən paytaxt klubu "zirzəmi"dən qurtula bilmir.
 
Sonuncu turun açılış oyunundakı “Kəpəz” məğlubiyyəti isə gənc mütəxəssis üçün sonuncu olub.
 
Emin Quliyevin istefasından sonra yeni baş məşqçinin  kimliyi bəlli olub. “Kəpəz”lə oyundan sonra təcili toplanan rəhbərlik bu vəzifəni köhnə-yeni baş məşqçi Bəhmən Həsənova tapşırıb.
 
Qeyd edək ki, Bəhmən Həsənov daha əvvəl bir neçə dəfə “Rəvan”da bu postda çalışıb. 52 yaşlı mütəxəssis baş məşçqi təyin olunana qədər klubda uşaq futboluna nəzarət edirdi.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.