Vəzifəsindən sui-istifadə etdiyinə dair ittihamlar səbəbilə keçən il istefa verməyə məcbur olan Almaniya prezidenti Kristian Vulf həyat yoldaşından ayrılıb.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Hannoverdəki vəkillərinə müraciət edən Kristian-Bettina Vulf cütlüyü boşanmaqla bağlı sənəd imzalayıblar.
39 yaşlı Bettina Vulf Hannoverin Qrussburqvedel səmtindəki evində yaşamağa davam edir. Kristian Vulf isə Hannoverdə kirayə evə köçüb.