https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Mxitaryan Bakıya gəlməyəcək

Mxitaryan Bakıya gəlməyəcək

Avropa Liqasının qrup mərhələsində  "Qəbələ"nin qonağı olacaq Dortmund “Borusiya”sı erməni futbolçusu Henrix Mxitaryanı Bakıya gətirməyəcək.

Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun icraçı direktoru Xans-Yoaxim Vatske açıqlama verib.

Onun sözlərinə görə, Mxitaryan təhlükəsizlik səbəbi ilə səfər matçına yollanmayacaq:
 
“Mxitaryan yəqin ki, Bakıya getməyəcək. Biz məsələ ilə maraqlanmışıq. Azərbaycanla Ermənistan arasında münaqişə olduğunu bilirik. Futbolçumuzun qayğısına qalmalıyıq. Əgər Mxitaryan narahatdırsa, özünü rahat hiss etməyəcəksə, təbii ki, bunu nəzərə almalıyıq”.

Qeyd edək ki, "Qəbələ" - "Borussiya" (Dortmund) matçı oktyabrın 22-də keçiriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.