https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Qurban Qurbanovun oğlu Rusiyada bombardir oldu

Qurban Qurbanovun oğlu Rusiyada bombardir oldu

“Neftçi”nin U-14 komandasının iştirakı ilə Rusiyanın Krasnodar şəhərində keçirilən “Dəri top” turnirinə yekun vurulub.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "ağ-qaralar" final matçında Cənubi Osetiyanın “Barsalan” klubunu məğlub edərək çempion adını qazanıb.

4:1 hesabı ilə başa çatmış oyunda baş məşqçi Eldəniz Məmmədovun yetirmələrindən 2 dəfə Musa Qurbanlı, hərəyə 1 dəfə isə Mübariz Soltanov və Valeh Qəhrəmanlı fərqləniblər.

Xatırladaq ki, futbolçumuz Ramin Nəsirli turnirin ən yaxşı müdafiəçisi seçilib. Komandanın heyətində ən çox qol vurmuş futbolçu Musa Qurbanlı olub (13 qol). Turnirin bütün oyunlarında qələbə qazanmış "Neftçi" qrup görüşlərində Tacikistanın “Umed” (3:0), Rusiyanın “Puls” (2:1), Moldovanın “Spiru Xaret” (4:1), Rusiyanın “Nadejda” (3:2) və Abxaziyanın “Qudauta” (9:0) klublarına qalib gəlib.

Qeyd edək ki, "Neftçi"nin heyətində bombardir olan Musa Qurbanlı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğludur.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.