|
|
|
|

Ötən mövsümün sonunda “Qarabağ”dan ayrılan Muarem Muarem böyük ümidlərlə Türkiyə Super Liqasında oynayan “Eskişəhərspor” klubuna transfer olundu. Amma qardaş ölkə təmsilçisi ilə 3 illik müqavilə imzalayan makedoniyalı futbolçu “Eskişəhərspor”un heyətində demək olar ki, görünmür.
Qol.Az-ın məlumatına görə, Muarem bu mövsüm Superliqanın ilk 5 matçında “18-lik”də yer alsa da, cəmi bir görüşdə, “Sivasspor”la oyunun 59-cu dəqiqəsində meydana buraxılıb. Son dəfə sentyabırın 19-da “Kasımpaşa” ilə oyunda ehtiyat oyunçular arasında yer alan Muarem Muarem bir aydır ki, umumiyyətlə, “18-lik”də də görünmür.
“Qarabağ”dan Türkiyəyə transfer olunan digər futbolçu Leroy Corcdur. Muarem Muaremdən fərqli olaraq hollandiyalı futbolçu 41 nömrəli forması ilə PTT-1 liqada yalnız bir oyunda iştirak etməyib. Həmin matçda isə “Göztəpə” səfərdə “Dənizlispor”un qonağı olub və 2:1 hesabı ilə qələbə qazanıb.



