https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Platinidən rüşvət etirafı

Platinidən rüşvət etirafı

Rüşvət almaqda təqsirləndirildiyi üçün 90 gün müddətinə UEFA prezidentliyindən kənarlaşdırılan Mişel Platini FİFA-nın sabiq prezidenti Yozef Blatterdən pul almasını təsdiqləyib.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Platini bunu 1998-ci il keçirilən prezident seçkiləri zamanı Blatterin məsləhətçiliyini etməsi müqabilində aldığını bildirib:

"1998-ci ildə FİFA prezidentliyinə keçirilən seçkilər zaman Blatter mənə dəstəyimə ehtiyacı olduğunu söylədi. Əvvəlcə bu təklif mənə cəlbedici gəlmədi. Çünki o zamanlar "DÇ-1998"in Təşkilat Komitəsinin prezidenti idim. Lakin Blatter məndən nə qədər pul istədiyimi soruşdu. Onunla şifahi olaraq illik 1 milyon İsveçrə frankı qarşılığında anlaşdıq.

Həmin vaxt Blatterlə yazılı müqavilə imzalamağımı təmin edəcək vəkilim və ya menecerim yox idi. Nəticədə FİFA prezidenti olacaq bir insanla anlaşmışdım. Həm də isveçrəlilər üçün şifahi anlaşmanın, yazılı anlaşmaya bərabər olduğunu öyrənmişdim. Lakin Blatter FİFA-da ən yüksək maaşın 300 min frank olduğunu, buna görə də, mənə bundan artıq verə bilməyəcəklərini dedi. Daha sonra illik 300 min İsveçrə frankı dəyərində anlaşdıq və bu məbləğ də ödənilmədi. 2011-ci ildə yenidən Blatterdən pulu nə zaman ödəyəcəyini soruşdum. O isə pulun 10 gün ərzində ödəniləcəyini söylədi və belə də oldu. 10 gün sonra məbləğ hesabıma köçdü".

Cəzası ilə bağlı danışan Platini bunları deyib: "Üç ay müddətinə cəzalandım. Ancaq məni əsəbiləşdirən digər cəzalılarla eyni səviyyəyə qoyulmağımdır. Palçığın içinə sürüklənməyim utancvericidir. Artıq məsələ ilə vəkillərim maraqlanır. Lazım gəlsə, Beynəlxalq Arbitraj Məhkəməsinə (CAS) də müraciət edəcəyik. Ümid edirəm ki, məsələ tez bir zamanda həll olunacaq. FİFA-nı xilas edəcək yeganə şəxs mənəm".

Qeyd edək ki, Etika Komitəsi üzrə Arbitraj Palatasının qəbul etdiyi qərara əsasən FİFA prezidenti Yozef Blatterlə yanaşı, baş katib Jerom Valke və UEFA prezidenti Mişel Platini bütün vəzifələrindən 90 gün müddətinə kənarlaşdırılıb. Adı çəkilən şəxslər korrupsiyada təqsirli bilinirlər.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.