https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

"Qurban Qurbanovun jesti UEFA-da müzakirə olunacaq"

"Qurban Qurbanovun jesti UEFA-da müzakirə olunacaq"

AFFA-nın baş katibi Elxan Məmmədov "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Premyer Liqanın 7-ci turunda "İnter"lə görüşdəki penalti ilə bağlı qərarına münasibət bildirib. 

525.az-ın Atv.az-a istinadən verdiyi məlumata görə, E.Məmmədov Qurbanovun dünya futbolunda nadir rast gəlinən bu jestinin alqışa layiq olduğunu deyib:

"Əlbəttə ki, Qurban Qurbanovun bu addımı yalnız alqışa layiq idi. Mən həm AFFA-nın baş katibi, həm də UEFA-nın “Fair-play” Komitəsinin ikinci vitse-prezidenti kimi İsveçrənin Nyon şəhərində keçiriləcək noyabr ayındakı iclasında bu məsələni mütləq müzakirəyə qoyacam. Hətta bütün gücümdən istifadə edib, onu komissiyanın işinin gündəminə də saldıracam. Bu, mənim AFFA-nın baş katibi və komissiyanın məsul şəxsi kimi borcumdur. Əminəm ki, məşqçimiz nümunəvi hərəkəti UEFA tərəfindən layiqincə qiymətləndiriləcək".           

Qeyd edək ki, "İnter" - "Qarabağ" matçının son dəqiqələrində meydan sahiblərinin qapıçısı Georgi Lomaya cərimə meydanında rəqib futbolçu Reynaldoya qarşı kobud oynayıb. Bu zaman görüşün baş hakimi Elvin Əsgərov "İnter"in qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Lakin Qurban Qurbanov penalti zərbəsini yerinə yetirməyə hazırlaşan futbolçusu Elvin Məmmədovun topu kənara vurmasını istəyib. E.Məmmədov da Qurbanovun bu istəyini yerinə yetirərək topu kənara vurub. Oyun isə 2:0 hesabı ilə Ağdam təmsilçisinin xeyrinə başa çatıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.