https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Mxitaryan Bakıya gəlmədi

Mxitaryan Bakıya gəlmədi

"Borussiya"nın erməni futbolçusu Henrik Mxitaryan Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə keçiriləcək oyun üçün Bakıya gəlməyəcək.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, 26 yaşlı futbolçu artıq Bakıya yola düşən Dortmund təmsilçisinin təyyarəsində yer almayıb.

Daha öncə verdiyi açıqlamasında Mxitaryanın təhlükəsizlik səbəbi ilə Azərbaycana aparılmayacağını deyən "Borussiya" klubunun icraçı direktoru Xans-Yoahim Vatske hücumçunun paytaxtımıza gəlməməsinin ən düzgün qərar olduğunu bildirib. Mxitaryanla yanaşı, zədədən əziyyət çəkən serbiyalı müdafiəçi Neven Subotiç də Bakıdakı görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - "Borussiya" oyunu saat 20:00-da başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.